“Bank VTB Azərbaycan" bu ilin 9 ayını mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan" bu ilin 9 ayını mənfəətlə başa vurub “Bank VTB Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 2,585 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
364
30 Oktyabr , 2020 15:23
“Bank VTB Azərbaycan bu ilin 9 ayını mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 2,585 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 59,4% azdır.

9 ay ərzində “Bank VTB Azərbaycan”ın gəlirləri 8,775 milyon manat (illik müqayisədə 7,7% az), xərcləri 14,35 milyon manat (4,3% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət 8,16 milyon manat (23,1% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Bank VTB Azərbaycan"ın aktivləri 187,005 milyon milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 23,7% çoxdur. Bunun 76,194 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 50,3% böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan"ın öhdəlikləri 38,7% artaraq 124,31 milyon manata, o cümlədən depozit portfeli 23,1% artaraq 77,879 milyon manata, balans kapitalı isə 1,7% artaraq 62,695 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi