​“Bank VTB (Azerbaijan)”nın mənfəəti kəskin artıb

​“Bank VTB (Azerbaijan)”nın mənfəəti kəskin artıb Son bir ildə bankın faiz mənfəəti 3 dəfə artıb
Maliyyə
11 Noyabr , 2014 10:15
​“Bank VTB (Azerbaijan)”nın mənfəəti kəskin artıb

Bakı. 11 noyabr. REPORT.AZ/. “Bank VTB (Azerbaijan)” ASC-nin 2014-cü ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi gəlirlərin həcmi 31,566 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin analoji 9 aylıq göstəricisindən 2,2 dəfə çoxdur. Bankdan “Report”a verilən məlumata görə, eyni zamanda bankın xərcləri 2,2 dəfə artaraq 28,819 mln. manata çatıb.

Bankın hesabatına əsasən, bu ilin 9 ayında bank 2,746 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 29,418 mln. manat, qeyri-faiz gəlirləri 2,148 mln. manat, faiz xərcləri 6,817 mln. manat, qeyri-faiz xərcləri isə 22,002 mln. manata bərabər olub. Nəticədə, son bir ildə “Bank VTB (Azerbaijan)”nin faiz mənfəəti 2,7 dəfə artaraq 22,601 mln. manat, qeyri-faiz zərəri isə 2,7 dəfə artaraq 19,854 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi