Bakı. 19 aprel. REPORT.AZ/ Mayın 31-də "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Tədbir saat 11:00-da Bankın Xətai prospekti, 38 ünvanında yerləşən baş ofisində təşkil olunacaq.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, iclasın gündəliyinə Bankın 2015-ci ildə maliyyə hesabatının müzakirəsi, 2015-ci il üzrə mənfəətin paylaşdırılması və dividendlərin ödənilməsi kimi məsələlər daxildir.
Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. "Bank VTB (Azerbaijan)" korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.