Bankdan “Report”a verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 43,4% artaraq 447,577 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 134,546 mln. manat təşkil edib ki, bu da 2013-cü il oktyabrın 1-nə nisbətən 1,8 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi illik müqayisədə 2,8% artaraq 98,811 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 8,8 faiz bəndi azalaraq 22,1%-ə düşüb.
Bankın depozit portfeli son bir ildə 30,1% artaraq 310,624 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 176,896 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 57,0% çoxdur.
İllik müqayisədə bankın məcmu kapitalı 16,1% artaraq 61,321 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 75,100 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində Bankın cəmi müştərilərinin sayı 16,7% artaraq 129 083, o cümlədən fiziki şəxslərin sayı 16,5% artaraq 122 056, hüquqi şəxslərin sayı 20,8% artaraq 7 027 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il oktyabrın 1-nə 59 534-ə bərabər olub ki, bu da illik müqayisədə 13,5% çoxdur. O cümlədən, debet kartlarının sayı 13,6% artaraq 48 340-a, kredit kartların sayı 13,1% artaraq 11 194-ə çatıb.
Hazırda bankın ölkə üzrə 58 filialı, 63 bankomatı, 702 POS-terminalı fəaliyyət göstərir. Bankın 821 işçisi var.