"Bank Standard"ın paytaxtda yeni filialı açılıb

"Bank Standard"ın paytaxtda yeni filialı açılıb "Nəsimi" filialı bankın bu il açılması gözlənilən bir neçə filialından birincisidir
Maliyyə
14 May , 2015 10:28
Bank Standardın paytaxtda yeni filialı açılıb

Bakı. 14 may. REPORT.AZ/ "Bank Standard" QSC Bakı şəhərinin Nəsimi rayonunda yeni konsepsiyada təşkil olunan filialını istifadəyə verib. Bu filial bankın fəaliyyətdə olan 15-ci, 2015-ci ildə açılması nəzərdə tutulan bir neçə filialdan birincisi olub.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Nəsimi” filialı bankın müştəriyə istiqamətlənmək, sürətli xidmət, sadə və əlçatan olmaq prinsiplərinə əsaslanan yeni konsepsiyası üzərində qurulan ilk filialıdır.

Qeyd edək ki, Bankın filiallarının dizayn və funksionallarını hazırlayan, vizual üslubun rebrendiqini həyata keçirən "I-AM" şirkətidir.

Məlumatda deyilir ki, yeni filialda sürətli xidmət, minimum növbə, əhalinin bütün təbəqələrinin ehtiyacları üçün nəzərdə tutulan məhsul və xidmətlər təklif olunur. Multimedia ekranı, növbə müəyyənləşdirən sistem, müştərini qarşılayan mütəxəssis-məsləhətçi, özünəxidmət məntəqələri və rəqəmli göstəricilər bütövlükdə müştərilərlə sürətli və effektli iş sistemini formalaşdırır.

Filialda özünəxidmət zonası mövcuddur ki, burada müştərilər bank əməkdaşlarına yaxınlaşmadan tez və müstəqil şəkildə əməliyyatlar həyata keçirə, kommunal ödənişlərini edə bilərlər, ödəniş terminalları və "Cash-in" funksialı ATM-lər vasitəsilə isə onlayn rejimdə kartdakı balanslarını artıra bilərlər. Filialda, həmçinin "SmartBank"a çıxışı olan interfeyslərin təqdim olunduğu Smart Zona da var. Burada hər bir müştəri öz hesabını yoxlaya və idarə edə, pul köçürmələrini və müxtəlif ödənişləri həyata keçirə bilər.

Qeyd edək ki, filial Nəsimi rayonu, A.Mustafayev, 8A küçəsində yerləşir və bazar ertəsi-cümə günləri, 09:00-17:00-da, şənbə günləri 10:00-13:00-da işləyir.

Son xəbərlər

Orphus sistemi