“Bank Standard”ın kreditorlarının bir hissəsi açıqlanıb

“Bank Standard”ın kreditorlarının bir hissəsi açıqlanıb Siyahıda 1 mobil rabitə, 2 sığorta, 1 lizinq şirkəti, 1 BOKT, SKMF, Xəzər Universiteti və AMEA-nın prezidentinin adı var
Maliyyə
24 Aprel , 2017 09:34
“Bank Standard”ın kreditorlarının bir hissəsi açıqlanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Bank Standard” QSC-də yaradılmış Kreditorlar Komitəsinin üzvlərinin siyahısını açıqlayıb.

“Report”un məlumatına görə, siyahıda Azərbaycanın aparıcı mobil rabitə operatoru (“Azercell Telecom” MMC), 2 sığorta şirkəti (“Standard Insurance” və “Qala Həyat Sığorta” ASC-lər), 1 bank olmayan kredit təşkilatı (“FINCA Azerbaijan” MMC), 1 lizinq şirkəti (“Unileasing” QSC”) və s. adı var.

Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF), Xəzər Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının prezident Akif Əlizadə də “Bank Standard”ın kreditorları siyahısındadır.

Qeyd edək ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin ilk iclası aprelin 28-də, saat 15:00-da ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən inzibati binasında keçiriləcək. İclasın gündəliyinə Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq, Komitə sədrinin və iclasın katibinin seçilməsi, Komitənin iş planının hazırlanması, növbəti iclasın tarixi və gündəliyinin müəyyən edilməsi məsələləri daxildir.

Son xəbərlər

Orphus sistemi