“Bank Standard"ın 29 milyon manatlıq daşınmaz əmlakı hərraca çıxarılır

“Bank Standard"ın 29 milyon manatlıq daşınmaz əmlakı hərraca çıxarılır Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Bank Standard" QSC-yə məxsus qeyri-yaşayış sahəsini açıq hərraca çıxarır.
Maliyyə
8 Dekabr , 2021 12:03
“Bank Standardın 29 milyon manatlıq daşınmaz əmlakı hərraca çıxarılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Bank Standard" QSC-yə məxsus qeyri-yaşayış sahəsini açıq hərraca çıxarır.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, daşınmaz əmlakın satışı dekabrın 22-də, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Əbdülvahab Salamzadə küçəsi. 2C ünvanında təşkil ediləcək. Bakı şəhəri, Nəsimi rayonu, 211-ci məhəllə, Səməd Vurğun küçəsi, 18A ünvanında yerləşən, ümumi sahəsi 9 241,5 kv.m olan qeyri-yaşayış sahəsi 29 milyon manat ilkin satış qiyməti ilə alıcılara təklif olunacaq.

Son xəbərlər

Orphus sistemi