"Bank Standard"ın 2 filialı bankın baş ofisinə köçürülüb

"Bank Standard"ın 2 filialı bankın baş ofisinə köçürülüb Bununla əlaqədar bankın ləğvedicisi filialların əmanətçiləri, borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib
Maliyyə
1 Noyabr , 2016 14:58
Bank Standardın 2 filialı bankın baş ofisinə köçürülüb

Bakı. 1 noyabr. REPORT.AZ/ Lisenziyası ləğv olunmuş "Bank Standard" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bankın "8-ci" və "Mərdəkan" filiallarının əmanətçilərinə, eləcə də borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib. 

Bu barədə "Report" ADİF-ə istinadən xəbər verir.

Məlumata görə, müraciətdə deyilir ki, bu gündən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 54 ünvanında yerləşən “8-ci” filial, eləcə də Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi 10A ünvanında yerləşən “Mərdəkan” filialı "Bank Standard"ın Bakı şəhəri, Azərbaycan prospekti 4 ünvanında yerləşən baş ofisinə köçürülüb.

Son xəbərlər

Orphus sistemi