"Bank Standard"da devalvasiyadan bir gün əvvəl dollar satışı rəsmiləşdirilib

"Bank Standard"da devalvasiyadan bir gün əvvəl dollar satışı rəsmiləşdirilib "Bank Standard" manatın ucuzlaşdırılmasından 197 mln. manat zərər edib
Maliyyə
29 Yanvar , 2018 15:49
Bank Standardda devalvasiyadan bir gün əvvəl dollar satışı rəsmiləşdirilib
Report/ Orkhan Azim

Bakı. 29 yanvar. REPORT.AZ/ "Ləğv prosesində olan “Bank Standard” QSC-də manatın ilk devalvasiyasının baş verdiyi 21 fevral 2015-ci ildən bir gün əvvəl, yəni köhnə tarixlə dollar satışı rəsmiləşdirilib".

“Report” xəbər verir ki, bunu Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən növbəti iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.

“Bankın ləğv planında yazılıb ki, “Bank Standard” manatın ucuzlaşdırılmasından 197 mln. manat zərər edib. Bu zərər, çox güman ki, devalvasiyadan 1 gün əvvəl dollar alanların hesabına yaranıb. Mən ləğvediciyə - Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna sorğu vermişəm ki, həmin dollar almış şəxslərin siyahısı təqdim olunsun, amma əməl edilməyib”, - deyə Ə.Həsənov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi