"Bank Silkway"in mərkəzləşmiş öhdəlikləri 9% azalıb
- 12 iyul, 2017
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 iyul. REPORT.AZ/ “Bank Silkway” ASC-nin aktivləri illik müqayisədə 12,88% artaraq 2017-ci il iyulun 1-nə 411,350 mln. manata çatıb. Bankın kredit portfeli isə 8,49% artaraq 375,650 mln. manata yükəslib. Kreditlərin 215,345 mln. manat və ya 57,33%-i xarici valyutada verilib.
“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bankın cəmi öhdəlikləri illik müqayisədə 13,53% artaraq iyulun 1-nə 292,618 mln. manat təşkil edib. Depozit portfeli isə 17,47% artaraq 174,092 mln. manata çatıb. Depozit portfelinin 151,236 mln. manatı və ya 86,87%-i xarici valyutada yerləşdirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) banka qarşı tələbləri isə illik 9,43% azalaraq 22,5 mln. manata enib. Cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı 101,545 mln. manat, cəmi kapitalı 118,732 mln. manat təşkil edib.
“Bank Silkway” cari ilin birinci yarımilində 2,959 mln. manat həcmində xalis mənfəət əldə edib. Vergilər ödənilənədək isə mənfəət 3,095 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin analoji dövrünü isə Bank 429 min manat zərərlə başa vurub.