“Bank Silk Way” öhdəliklərini 29% artırıb

“Bank Silk Way” öhdəliklərini 29% artırıb Bakı. 26 aprel. REPORT.AZ/ “Bank Silk Way” ASC-nin cəmi aktivləri illik müqayisədə 23% artaraq 2018-ci il aprelin 1-nə 492 872 min manata çatıb.
Maliyyə
26 Aprel , 2018 10:07
“Bank Silk Way” öhdəliklərini 29% artırıb
Report

Bakı. 26 aprel. REPORT.AZ/ “Bank Silk Way” ASC-nin cəmi aktivləri illik müqayisədə 23% artaraq 2018-ci il aprelin 1-nə 492 872 min manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 12% artaraq bu il aprelin 1-nə 400 046 min manat təşkil edib. Kreditlərin 211 844 min manatı xarici valyuatada olub.

Cəmi öhdəliklər illik 29% artaraq 363 347 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) illik 2 dəfəyə yaxın artaraq 163 870 min manatdan 324 785 min manata yüksəlib. Depozit portfelinin 296 872 min manat; xarici valyutadadır. Mərkəzi Bankın banka qarşı tələbləri illik 22% azalaraq 2018-ci il aprelin 1-nə 17 500 min manat olub. 2018-ci il aprelin 1-nə bankın nizamnamə kapitalı 104 601 min manat, cəmi kapitalı 129 526 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci rübü ərzində 11 679 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə çoxdur.

2018-ci ilin yanvar-mart aylarında bankın faiz gəlirləri 7 445 min manat, qeyri-faiz gəlirləri 4 539 min manat, faiz xərcləri 3 338 min manat, qeyri-faiz xərcləri 7 036 min manat təşkil edib. Beləliklə, bankın əməliyyat mənfəəti 1 610 min manat olduğu halda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 10 069 min manat həcmində xərc hesabına bankın mənfəəti artıb. 

Son xəbərlər

Orphus sistemi