Ötən il çoxsaylı xeyirxah sosial layihələr həyata keçirən “Bank Respublika” ASC Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ölkəmizdə ikinci dəfə olaraq keçirilən “Milli KSM Mükafatı 2019″ müsabiqəsinin yenidən qalibi seçilib.
Müsabiqədə 2019-cu ildə həyata keçirilən 50-dən çox sosial layihə iştirak edirdi. İqtisadiyyat Nazirliyi,

Belə ki, 1 ay davam edən layihə çərçivəsində Bank fiziki məhdud uşaqlar üçün əl işləri üzrə təlimlər təşkil edib. Təcrübəli müəllim və psixoloqların apardığı təlimlərdə uşaqlar müxtəlif əl işləri sənətinə yiylənərək gözəl işlər ərsəyə gətirib. Layihənin sonunda, Bankın Baş ofisində uşaqların hazırladıqları əl işlərinin satış sərgisi keçirilib. Sərgini bankın əməkdaşları və müştəriləri böyük maraqla qarşılayıb və qısa müddətdə uşaqların hazırladığı əl işləri satın alınıb.
KSM siyasəti “Bank Respublika” üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi