​“Bank Respublika” tarif dərəcələrini endirib

​“Bank Respublika” tarif dərəcələrini endirib Korporativ müştərilər hesablaşma əməliyyatları zamanı xarici valyutanın konvertasiyası üçün əlavə komissiya haqqı ödənilməsindən azad olunub
Maliyyə
18 Mart , 2016 20:00
​“Bank Respublika” tarif dərəcələrini endirib

Bakı. 18 mart. REPORT.AZ/ “Bank Respublika” ASC təklif olunan bank xidmətləri üzrə tarif dərəcələrində endirim edib. “Report” xəbər verir ki, bu barədə bankın rəsmi internet saytında məlumat verilib.

Dəyişikliklərə görə, Azərbaycan Respublikası ərazisində gömrük rüsumları “Bank Respublika”nın plastik kartları ilə ödənildikdə komissiya haqqı indi əvvəlki kimi 0,2% deyil, 0,1% təşkil edəcək.

Bundan əlavə, sahibkarlara dəstək məqsədilə Bankın korporativ müştəriləri hesablaşma əməliyyatları zamanı artıq xarici valyutanın konvertasiyası üçün əlavə komissiya haqqı ödənilməsindən azad olunurlar.

Qeyd edək ki, bu qərara qədər komissiya haqqı 0,5% idi.

Son xəbərlər

Orphus sistemi