"Bank Respublika" plastik kartlar üzrə yeni limitləri açıqlayıb

"Bank Respublika" plastik kartlar üzrə yeni limitləri açıqlayıb Yeni limitlər avqustun 9-dan qüvvəyə minib
Maliyyə
9 Avqust , 2016 19:41
Bank Respublika plastik kartlar üzrə yeni limitləri açıqlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ “Bank Respublika” ASC-də avqustun 9-dan etibarən məhsul növündən asılı olaraq, yeni limitlər tətbiq olunacaq. 

Bu barədə “Report”a Bankdan məlumat verilib.

Məlumata görə, "Mastercard World Elite" və "Visa İnfinite" karları üzrə gündəlik limit 10 min manat, "Mastercard" və "Visa Platinum", "Mastercard" və "Visa Gold" kartları üzrə gündəlik limit 5 min manat müəyyən edilib.

Bundan əlavə, bütün digər kartlar üzrə gündəlik limit isə 1 000 manat hesablanıb.

Həmin limitlər AZN valyutalı kartdlaran xarici valyutada "Card to Card" əməliyyatları, xarici valyutalı kartlardan AZN valyutasında mədaxil əməliyyatları ("Cash in", "Cash to Card", "POS-Credit"), AZN valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, "POS-Cash", "Cash by Code"), AZN valyutalı kartlardan xarici valyutada "Card to Account" əməliyyatları, digər bankların kartlarından “Bank Respublika”nın xarici valyutada olan kartına AZN ilə köçürmə əməliyyatları ("Card to Card") zamanı nəzərə alınır.

Son xəbərlər

Orphus sistemi