“Bank Respublika”nın xalis mənfəəti bölüşdürüləcək

Maliyyə
  • 15 dekabr, 2022
  • 05:04
“Bank Respublika”nın xalis mənfəəti bölüşdürüləcək

Yanvarın 16-da, saat 12:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Respublika"nın dividend siyasətinin və iliik maliyyə nəticələrinin təsdiq edilməsi, Bankın xalis mənfəətin bölüşdürülməsi, mükafatların ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır. Bankın səhmlərinin 67,75%-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 15,06%-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,41%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.

44 filmi