“Bank Respublika”nın xalis faiz mənfəəti artaraq 56 milyon manatı keçib!

“Bank Respublika”nın xalis faiz mənfəəti artaraq 56 milyon manatı keçib! Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan “Bank Respublika” 2021-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişaf etməyə davam edərək bütün maliyyə göstəriciləri üzrə ciddi artım nümayiş etdirib
Maliyyə
26 Yanvar , 2022 16:43
“Bank Respublika”nın xalis faiz mənfəəti artaraq 56 milyon manatı keçib!

Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan “Bank Respublika” 2021-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişaf etməyə davam edərək bütün maliyyə göstəriciləri üzrə ciddi artım nümayiş etdirib və bazardakı lider mövqelərini möhkəmləndirib.

1 yanvar 2022-ci il tarixinə Bankın aktivləri 1,2 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 25% artaraq 104,48 milyon manat olub və minimum məcmu kapital normasını (50 mln. manat) 2 dəfədən çox üstələyib.

2021-ci illə müqayisədə Bankın xalis faiz mənffəti 25% artaraq 56,8 milyon manata, xalis mənfəəti isə 19,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.

12 ayın nəticələrinə əsasən Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, ötən illə müqayisədə Bankın kredit portfeli 65% artıb və verilən kreditlərin əsas hissəsi həm Bank, həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilib. Bankın depozit portfeli 16,2% artıb ki, bu da müştərilərin banka olan inamının yüksək olduğunu növbəti dəfə nümayiş etdirib.

Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,12%, məcmu kapitalın adekvatlıq əmsalı isə 13,66% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,6 dəfə və 1,4 dəfə çoxdur.

“Bank, yüksək korporativ idarəetmə standartları və etibarlı risk idarəetmə sistemi sayəsində 2020-ci ildə risklərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirdi ki, bu da 2021-ci ildə həm kredit, həm də qeyri-kredit sahələrində əla maliyyə nəticələrinin əsasını təşkil etdi. Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və səmərəli işlərinə görə, həmçinin, tərəfdaşlarımıza və müştərilərimizə göstərdikləri dəstəyə və etimada görə təşəkkür edirəm. 2022-ci ildə biz innovativ məhsulların yaradılması və yeni rəqəmsal həllərin tətbiqi ilə real sektora xidmət sahəsində fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq” - deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi