"Bank Respublika"nın səhmlərinə 5 investor maraq göstərib

Maliyyə
  • 06 dekabr, 2023
  • 12:37
Bank Respublikanın səhmlərinə 5 investor maraq göstərib

Dekabrın 5-6-da “Bakı Fond Birjası” QSC-də (BFB) "Bank Respublika" ASC-nin 500 min manatlıq adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 2,45 manat olan 204 082 ədəd səhm standard bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub.

Qiymətli kağızlara 5 investor 500 min manatlıq 5 sifariş təqdim edib. Son nəticədə, yerləşdirmə tam baş tutub və “Bank Respublika"nın nizamnamə kapitalı 0,7 % artaraq 73,461 milyon manatdan 73,961 milyon manata çatıb.