“Bank Respublika”nın mənfəəti bölüşdürüləcək
- 14 aprel, 2022
- 05:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 30-da, saat 11:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank Respublika"nın ötən il üzrə kənar audit yoxlamasının nəticələrinin müzakirə edilməsi, mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır. Bankın səhmlərinin 51,15%-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 16,6%-i Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyasına, 15,06%-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,41%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.