"Bank Respublika"nın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artıb

"Bank Respublika"nın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artıb Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC bu ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Maliyyə
21 Oktyabr , 2021 11:15
Bank Respublikanın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artıb

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC bu ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişaf etməyə davam edərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis faiz mənfəəti 10%-dən çox artaraq 39,1 milyon manata çatıb, xalis mənfəəti isə 12,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2 dəfə çoxdur.

Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 16,2% artaraq 98,8 milyon manat olub və minimum məcmu kapital normasını 2 dəfə üstələyib.

9 ayın nəticələrinə görə Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankın depozit portfeli 15,2% artıb ki, bu da müştərilərin banka olan yüksək etimadını bir daha təsdiq edir. Bankın kredit portfeli 39,8% artıb və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilib.

Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,34%, məcmu kapitalın adekvatlıq əmsalı isə 13,23% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,7 dəfə və 1,3 dəfə çoxdur.

"Bank Respublika" 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və "Sparkassen International Development Trust" ("Sparkassen-Finanzgruppe" maliyyə qrupunun üzvü) var.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsindən və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi