“Bank Respublika”nın sığorta şirkətindəki payı 93 %-i keçib

Maliyyə
  • 30 avqust, 2024
  • 10:30
“Bank Respublika”nın sığorta şirkətindəki payı 93 %-i keçib

“Bakı Sığorta” ASC-nin səhmlərinin 6,93 %-nə nəzarət edən Behbud Nəcəfov və 6,97 %-nə nəzarət edən Murad Rəhimov paylarını satıblar.

“Report” xəbər verir ki, onların paylarını şirkətin əsas səhmdarı – “Bank Respublika” ASC alıb və payını 79,42 %-dən 93,32 %-ə çatdırıb.

“Bakı Sığorta”nın səhmlərinin qalan 6,68 %-i isə əvvəlki kimi “Ekolizinq” MMC-yə məxsusdur.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır.