“Bank Respublika” konvertasiya limitlərini dəyişib

“Bank Respublika” konvertasiya limitlərini dəyişib Bank mübadilə baş verən bütün ölkədaxili əməliyyatlar üzrə yeni limitlərin tətbiqinə başlayıb
Maliyyə
18 Noyabr , 2016 16:21
“Bank Respublika” konvertasiya limitlərini dəyişib

Bakı. 18 noyabr. REPORT.AZ/ “Bank Respublika” ASC plastik kartları vasitəsi ilə milli valyutanın xarici valyutaya mübadiləsi baş verən bütün ölkədaxili əməliyyatlar üzrə yeni limitlərin tətbiqinə başlayıb. 

Bu barədə "Report"a bankdan bildirilib. 

Məlumata görə, hazırda "Mastercard World Elite", "Visa İnfinite", "Mastercard Platinum" və "Visa Platinum", "Mastercard Business" və "Viza Business" üzrə gündəlik limit 2 000 AZN, bütün digər kartlar üzrə gündəlik limit 500 AZN təşkil edir.

Həmin limitlər AZN valyutalı kartlardan xarici valyutada Card to Card əməliyyatları, xarici valyutalı kartlara AZN valyutasında mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit), AZN valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code), AZN valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatları, digər bankların kartlarından "Bank Respublika" ASC-nin xarici valyutada olan kartına AZN ilə köçürmə əməliyyatları (Card to Card)zamanı nəzərə alınır.

Bundan əvvəl isə "Mastercard World Elite" və "Visa İnfinite" karları üzrə gündəlik limit 10 min manat, "Mastercard" və "Visa Platinum", "Mastercard" və "Visa Gold" kartları üzrə gündəlik limit 5 min manat, bütün digər kartlar üzrə isə gündəlik limit 1 000 manat müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi