​"Bank Respublika" manat kreditləşməsini bərpa edib

​"Bank Respublika" manat kreditləşməsini bərpa edib Bəzi müştərilərə illik faiz dərəcəsində güzəşt tətbiq olunacaq
Maliyyə
27 May , 2016 17:20
​Bank Respublika manat kreditləşməsini bərpa edib

Bakı. 27 may. REPORT.AZ/ "Bank Respublika" ASC bir sıra kreditlərin manatla verilməsini bərpa edib. Banka müraciət edənlər yenidən nağd pul və lombard kreditləri, habelə kredit kartı, avto və depozitlə təmin olunmuş kreditlər ala bilərlər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit alanlara avtomatik olaraq bank məhsullarını banka gəlmədən idarə etməyə imkan verən “Mobil Şöbə” və “İnternet Şöbə” xidmətləri hədiyyə olunur.

Qeyd edək ki, əmək haqlarını "Bank Respublika"nın kartları ilə alan müştərilər üçün kredit xətti, lombard və nağd İstehlak kreditləri üzrə illik faiz dərəcəsində 2% güzəşt tətbiq olunacaq.

"Həmçinin, artıq xeyli vaxtdır ki, "PayKart" kredit kartı tərəfdaş şəbəkəsində alış-veriş məbləğini bir neçə aya bərabər hissələrlə və əlavə faizsiz ödəməyə imkan verir. Beləliklə, "Bank Respublika" öz müştəriləri üçün əsas kredit məhsullarını yenidən təklif edir", - deyə Bankdan bildirilib.

Son xəbərlər

Orphus sistemi