"Bank Respublika"dan xoş sürpriz - İrəvanda qələbə!

"Bank Respublika"dan xoş sürpriz - İrəvanda qələbə! EBRD “Bank Respublika”nı növbəti dəfə “Azərbaycanın ən fəal emitent bankı” elan etdi! “Bank Respublika – dinamik və dayanaqlı inkişaf edən Azərbaycanın aparıcı banklarından biri” - məhz bu sözlərlə Azərbaycan bankı Avropa Yenidənqurma və İnkişaf Bankın
Maliyyə
30 May , 2024 13:40
Bank Respublikadan xoş sürpriz - İrəvanda qələbə!

EBRD “Bank Respublika”nı növbəti dəfə “Azərbaycanın ən fəal emitent bankı” elan etdi!

“Bank Respublika – dinamik və dayanaqlı inkişaf edən Azərbaycanın aparıcı banklarından biri” - məhz bu sözlərlə Azərbaycan bankı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ermənistanın paytaxtı İrəvan şəhərində mükafat alarkən təqdim edilib.

Mükafat EBRD-nin 2023-cü ilin nəticələrinə həsr olunmuş İllik Toplantısı zamanı keçirilən mərasimdə təqdim edilib.

Təqdim edilən mükafat EBRD və "Bank Respublika" ASC arasında ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlığın hər il artan səmərəliliyinin göstəricisidir. Bu, həmçinin “Bank Respublika”nın mühüm tərkib hissəsi xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi olan sahibkarlığa dəstək missiyasını ölkəmizdə uğurla həyata keçirdiyini bir daha təsdiq edir.

Bank bununla yanaşı, Azərbaycanda aqrar, kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində də EBRD ilə uğurla əməkdaşlıq edir.

"Bank Respublika" - geniş regional xidmət şəbəkəsinə malikdir və ölkənin 5 ən böyük bankından biridir. Beynəlxalq əməkdaşlığın inkişafı bankın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu gün bankın beynəlxalq tərəfdaşları arasında dünya üzrə 30-dan çox maliyyə institutu yer alır.

Son xəbərlər

Orphus sistemi