“Bank Respublika” əməkhaqqı kartı sahiblərinə kredit xətti təklif edir

“Bank Respublika” əməkhaqqı kartı sahiblərinə kredit xətti təklif edir Əməkhaqqını vaxtından əvvəl xərcləyib bitiribsiniz? Maliyyə vəsaitinə ehtiyacınız var?
Maliyyə
12 Sentyabr , 2019 14:00
“Bank Respublika” əməkhaqqı kartı sahiblərinə kredit xətti təklif edir

Əməkhaqqını vaxtından əvvəl xərcləyib bitiribsiniz? Maliyyə vəsaitinə ehtiyacınız var?

O zaman ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın, əməkhaqqı kart sahiblərinə təklif etdiyi yeni “Maaş+” kredit məhsulundan yararlanın!

Belə ki, kredit xəttindən yararlandıqda, kartınızda əmək haqqınız bitən zaman Bank tərəfindən Sizə maaşınızın bir mislinədək 40 günlük faizsiz kredit xətti təqdim ediləcək.

“Maaş+” kredit xəttinin əsas üstünlükləri aşağıdakılardır:

- İllik faiz dərəcəsi 0%;

- Müddət 24 ay;

- Məbləğ əmək haqqının bir mislinə qədər;

- Komissiya 1%;

- Güzəşt müddəti 40 gün. Beləliklə, istifadə edilmiş məbləğ növbəti ayın 10-na qədər ödənildiyi halda faiz hesablanmır;

- Kredit xəttinin ödənilməsi əməkhaqqı kartına mədaxil zamanı avtomatik olaraq təmin olunur.

“Bank Respublika”nın təklif etdiyi yeni “Maaş+” kreditindən yararlanın, əmək haqqı kartınızda balansınız hər zaman + olsun .

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi