"Bank Respublika" 30 yaşı münasibətilə mikro kredit faizlərində 30 % endirim elan edib

"Bank Respublika" 30 yaşı münasibətilə mikro kredit faizlərində 30 % endirim elan edib Bu il 30-cu ildönümünü qeyd edən "Bank Respublika", sahibkarlar üçün mikro və aqro kreditlər üzrə yeni kampaniyaya start verib.
Maliyyə
6 May , 2022 10:25
Bank Respublika 30 yaşı münasibətilə mikro kredit faizlərində 30 % endirim elan edib

Bu il 30-cu ildönümünü qeyd edən "Bank Respublika", sahibkarlar üçün mikro və aqro kreditlər üzrə yeni kampaniyaya start verib.

Belə ki, kampaniya çərçivəsində "Bank Respublika"ya müraciət edən iş adamları, mikro və aqro kredit faizlərində 30 % ENDİRİM əldə edə biləcək!

İyun ayının 17-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən sahibkarlar mikro və aqro kreditləri aşağıdakı şərtlərlə əldə etmək imkanı qazanacaq:

  • Faiz dərəcəsi – minimum 10 %;
  • Məbləğ - 50 000 manat;
  • Müddət - 36 ayadək;
  • Komissiya – 0 %;
  • Zamin – tələb olunmur;
  • Güzəşt müddəti – 9 ayadək.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

"Bank Respublika"da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq "Bank Respublika”nın rəsmi saytından, eləcə də "WhatsApp"da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.

"Bank Respublika" 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - "Sparkassen International Development Trust" (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi