Bakı. 16 aprel. REPORT.AZ/ Mayın 31-də saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, bununla bağlı Bank səhmdarlarına müraciət edib.
Müraciətdə deyilir ki, iclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib və gündəlik üzrə materialları Bankın Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisindən əldə etmək olar.