​“Bank of Baku” müştərilərə yeni biznes kreditləri təklif edir

​“Bank of Baku” müştərilərə yeni biznes kreditləri təklif edir Biznes krediti maksimum 30 min dollar məbləğində ayrılır
Maliyyə
6 Noyabr , 2014 13:53

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanın “Bank of Baku” ASC ölkənin sahibkarlıq sektorunu dəstəkləmək məqsədilə “İşinizi biznesə çevirin!” adlı kreditləşmə kampaniyasına başlayıb.

Bankın baş ofisindən "Report"a verilən məlumata görə, öz işini qurmaq istəyən və yaxud mövcud biznesini daha gəlirli etmək arzusunda olan hər bir Azərbaycan vətəndaşı biznes krediti üçün “Bank of Baku”ya müraciət edə bilər. Belə ki, kənd təsərrüfatı, xidmət, pərakəndə satış və digər sahələri təmsil edən sahibkarlar Bankın filialları vasitəsi ilə kredit cəlb edə bilərlər.

Bankdan kredit almış sahibkarlar bankın “Dostlar klubu”na üzv qəbul olunaraq komissiyasız və güzəştli faizlə kredit, təcili hallar üçün ekspress kredit xətti, pulsuz mobil danışıq balansı və digər üstünlüklərdən faydalanacaq.

Biznes krediti maksimum 3 il müddətinə, illik minimum 22% (FİFD - 22%-dən başlayaraq) dərəcəsi ilə, maksimum 30 min ABŞ dolları məbləğində ayrılır. 

Son xəbərlər

Orphus sistemi