​“Bank of Baku” təhsil işçiləri üçün güzəştli kredit kampaniyası keçirir

​“Bank of Baku” təhsil işçiləri üçün güzəştli kredit kampaniyası keçirir “Bank of Baku” ASC müəllimlərin peşə bayramı münasibətilə təhsil sahəsinin işçiləri üçün “Müəllimlərimizə
Maliyyə
26 Sentyabr , 2014 17:11
​“Bank of Baku” təhsil işçiləri üçün güzəştli kredit kampaniyası keçirir

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Bank of Baku” ASC müəllimlərin peşə bayramı münasibətilə təhsil sahəsinin işçiləri üçün “Müəllimlərimizə bayram endirimimiz” kredit kampaniyasına start verir. Bu barədə “Report”a bankın mərkəzi ofisindən məlumat verilib.

Kampaniya çərçivəsində təhsil müəssisələrində çalışanlar, həmçinin digər müəssisələrdə təhsil sahəsi üzrə fəaliyyət göstərən şəxslər, nağd pul krediti rəsmiləşdirdikdə xüsusi güzəşt və endirimlər əldə edirlər. Endirimin əsas meyarı birbaşa müəllimlərin (təhsil sahəsinin işçiləri) ümumi təhsil sahəsindəki iş stajından asılıdır. Belə ki, 5 ilədək staja malik olan müəllimlərə komissiyada 25%, kreditdə 2%, 5-15 il staja malik müəllimlərə - müvafiq olaraq 50% və 2%, 15-25 il staja malik müəllimlərə - 75% və 3%, 25 il və çox staja malik müəllimlərə isə tam komissiyasız, kreditdə isə 3% endirim ediləcək.

Kampaniya oktyabrın 15-dək qüvvədədir. “Bank of Baku” müəllimlərin (təhsil sahəsinin işçiləri) ümumi təhsil sahəsindəki stajını əlavə sənəd tələb etmədən yaşlarına əsasən təyin edəcək. Kampaniya barədə “Bank of Baku”nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla, habelə “TEHSİL” sözünü SMS-lə 8145 nömrəsinə göndərməklə ətraflı məlumat əldə etmək mümkündür. Krediti rəsmiləşdirmək üçün “Bank of Baku”nun istənilən filialını ziyarət etmək olar. Eyni zamanda, vaxt qənaətinə imkan verən onlayn ərizə də göndərmək mümkündür.

Xatırladaq ki, hər il oktyabrın 5-i Azərbaycanda təhsil işçilərinin peşə bayramı kimi qeyd edilir.

Son xəbərlər

Orphus sistemi