"Bank of Baku" Novruz kampaniyası keçirir

"Bank of Baku" Novruz kampaniyası keçirir Novruz kampaniyasından bütün növ "Bolkart" kredit kartlarının sahibləri faydalana bilər
Maliyyə
13 Mart , 2017 12:10
Bank of Baku Novruz kampaniyası keçirir

Bakı. 13 mart. REPORT.AZ/ "Bank of Baku" ASC Novruz Bayramı ərəfəsində bayram alış-verişinə hazırlaşan "Bolkart" müştəriləri üçün yeni kampaniyaya start verir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, martın 20-dək davam edəcək kampaniya çərçivəsində  "Bolkart" sahibləri bayram alış-verişlərini edib, xərcini 1 ay sonra deyil, 2 ay sonra ödəmək imkanı əldə edirlər: "Yəni, martda alıb, xərcini apreldə deyil, mayda ödəyəcəklər".

Kampaniya "Bolkart" partnyor şəbəkəsinə daxil olan bütün market və supermarketlərdə keçərlidir. Onların siyahısı ilə https://goo.gl/DWNrdJ linkindən tanış olmaq mümkündür.

Qeyd edək ki, Novruz kampaniyasından bütün növ "Bolkart" kredit kartlarının sahibləri faydalana bilər. 

Son xəbərlər

Orphus sistemi