“Bank of Baku” ödəniş teminalları ilə xarici pul köçürmək imkanı yaradıb

“Bank of Baku” ödəniş teminalları ilə xarici pul köçürmək imkanı yaradıb Bankın terminalları “Contact” təcili pulköçürmə sistemi ilə əlaqələndirilib
Maliyyə
28 Sentyabr , 2017 11:35
“Bank of Baku” ödəniş teminalları ilə xarici pul köçürmək imkanı yaradıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ “Bank of Baku” ASC ödəniş terminallarında “Contact” təcili pulköçürmə sistemindən istifadəyə imkan yaradıb.

Bankdan “Report”a verilən məlumata görə, müştərilə bu yenilik sayəsində ödəniş terminalları vasitəsilə xaricə pul köçürmələrini rahat həyata keçirə biləcəklər.

Bunun üçün terminaldan “Təcili Pul Köçürmə” bölməsini seçmək, müştəri kodunu daxil etmək, mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmaq, vəsaitin göndəriləcəyi ölkəni seçmək, pulu alacaq şəxsin adını, soyadını, mobil telefonunu qeyd etmək və əməliyyatı təsdiqləmək lazımdır. Əməliyyat uğurla tamamlandıqdan sonra müştəri köçürmə haqqında qəbzi əldə edir.

“Bank of Baku”nun müştəriləri kart hesablarındakı vəsaiti ödəniş terminalları vasitəsilə Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistana, 24/7 rejimində göndərə bilərlər. Terminalla köçürmə məbləğinin gündəlik limiti 300 ABŞ dolları, köçürmə komissiyası isə sadəcə 1%-dir.

Xatırladaq ki, “Bank of Baku” bir qədər əvvəl internet bankçılıq xidmətində “Contact” Təcili Pul köçürmə sistemindən onlayn rejimdə istifadə imkanı yaradıb.

“Bank of Baku”nun ödəniş terminallarının ünvanları haqqında dəqiq məlumatla aşağıdakı linki vasitəsilə tanış olmaq olar.

http://www.bankofbaku.com/az/filials-and-atms/terminals/

Daha ətraflı məlumatı Bankın 145 - Məlumat Mərkəzinə zəng etməklə və yaxud “Facebook” sosial şəbəkəsindəki səhifəsinə (www.facebook.com/bankofbaku) daxil olmaqla da əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi