“Bank of Baku”nun xalis mənfəəti 83 % artıb

Maliyyə
  • 26 oktyabr, 2022
  • 05:41
“Bank of Baku”nun xalis mənfəəti 83 % artıb

“Bank of Baku” ASC bu ilin yanvar-sentyabr aylarını 30,775 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabartına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 83,3 % çoxdur.

9 ay ərzində “Bank of Baku”nun gəlirləri 80,065 milyon manat (illik müqayisədə 43,9 % çox), xərcləri 53,73 milyon manat (33,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 11,884 milyon manat (75,5 % çox), mənfəət vergisi ödəmələri isə 7,444 milyon manat (39,8 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Bank of Baku”nun aktivləri 654,125 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,3 % çoxdur. Bunun 465,126 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 48,9 % böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 34,3 % artaraq 537,675 milyon manata, o cümlədən depozit portfeli 38,3 % artaraq 328,884 milyon manata, balans kapitalı isə 23,7 % artaraq 116,45 milyon manata çatıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

44 filmi