“Bank of Baku”nun xalis mənfəəti 31 % azalıb

Maliyyə
  • 12 yanvar, 2024
  • 13:43
“Bank of Baku”nun xalis mənfəəti 31 % azalıb

“Bank of Baku” ASC 2023-cü ili 25,459 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 30,9 % azdır.

Ötən il “Bank of Baku”nun gəlirləri 141,721 milyon manat (əvvəlki illə müqayisədə 26,7 % çox), xərcləri 114,666 milyon manat (47,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 8,431 milyon manat (30,3 % az), mənfəət vergisi ödəmələri isə 10,028 milyon manat (7,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bank of Baku”nun aktivləri 870,89 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,2 % çoxdur. Bunun 599,53 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,5 % böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 26,5 % artaraq 731,918 milyon manata, o cümlədən depozit portfeli 41,1 % artaraq 515,768 milyon manata, balans kapitalı isə 13,1 % artaraq 138,971 milyon manata çatıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

44 filmi