“Bank of Baku”nun xalis mənfəəti 21 % azalıb
- 13 oktyabr, 2023
- 15:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank of Baku” ASC bu ilin yanvar-sentyabr aylarını 24,317 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21 % azdır.
9 ay ərzində “Bank of Baku”nun gəlirləri 103,734 milyon manat (illik müqayisədə 29,6 % çox), xərcləri 79,566 milyon manat (48,1 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 9,383 milyon manat (21 % az), mənfəət vergisi ödəmələri isə 9,235 milyon manat (24,1 % çox) təşkil edib.
Bu il oktybarın 1-nə “Bank of Baku”nun aktivləri 816,529 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,8 % çoxdur. Bunun 580,157 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 24,7 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 26,2 % artaraq 678,711 milyon manata, o cümlədən depozit portfeli 37,4 % artaraq 451,781 milyon manata, balans kapitalı isə 18,3 % artaraq 137,818 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.