“Bank of Baku”nun xalis mənfəəti 2 dəfə artıb

Maliyyə
  • 20 iyul, 2022
  • 05:53
“Bank of Baku”nun xalis mənfəəti 2 dəfə artıb

“Bank of Baku” ASC bu ilin I yarısını 18,501 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabartına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 97,4% və yaxud təxminən 2 dəfə çoxdur.

Yanvar-iyun aylarında “Bank of Baku”nun gəlirləri 51,111 milyon manat (illik müqayisədə 44,5 % çox), xərcləri 34,379 milyon manat (32,5 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 5,672 milyon manat (77,5% çox), mənfəət vergisi ödəmələri isə 3,903 milyon manat (20,4 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Bank of Baku”nun aktivləri 579,825 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,3 % çoxdur. Bunun 414,604 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 42,4 % böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 25,2 % artaraq 475,948 milyon manata, o cümlədən depozit portfeli 24,9 % artaraq 274,989 milyon manata, balans kapitalı isə 20,1 % artaraq 103,877 milyon manata çatıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

44 filmi