“Bank of Baku”nun xalis mənfəəti 18 % azalıb

Maliyyə
  • 11 oktyabr, 2024
  • 13:42
“Bank of Baku”nun xalis mənfəəti 18 % azalıb

“Bank of Baku” ASC bu ilin yanvar-sentyabr aylarını 20,035 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % azdır.

9 ay ərzində “Bank of Baku”nun gəlirləri 125,626 milyon manat (illik müqayisədə 21,1 % çox), xərcləri 102,376 milyon manat (28,7 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 3,276 milyon manat (65,1 % az), mənfəət vergisi ödəmələri isə 6,49 milyon manat (29,7 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Bank of Baku”nun aktivləri 919,515 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,6 % çoxdur. Bunun 690,819 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,1 % böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 13,4 % artaraq 769,812 milyon manata, o cümlədən depozit portfeli 26,5 % artaraq 571,337 milyon manata, balans kapitalı isə 8,6 % artaraq 149,703 milyon manata çatıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti