“Bank of Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 29 aprel, 2023
- 05:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 13-də, saat 15:00-da "Bank of Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
Son xəbərlər
13:34
Amerikalı hərbi ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə dair kitabı təqdim olunub
Daxili siyasət
13:29
UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək
Futbol
13:24
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Biznes
13:23
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Futbol
13:22
Foto
Qazaxıstan və Azərbaycan Orta Dəhlizlə illik yük axınını 12 milyon tona çatdırmağı planlaşdırır
İnfrastruktur
13:13
Zelenski bu gün Berlində Mertslə danışıqlar aparacaq
Digər ölkələr
13:12
Zabit, gizir, miçman və MAXE-nin məsuliyyətinin artırılması birinci oxunuşda qəbul edilib
Milli Məclis
13:10
Oyun vaxtı ağır zərbə alan "Tenerife"nin futbolçusu Xesus de Migel vəfat edib
Futbol
13:07
"Aqrar Məşvərət Şurası"nın növbəti iclası keçirilib
ASK