"Bank of Baku"nun AMB-yə öhdəliyi üç dəfə azalıb

"Bank of Baku"nun AMB-yə öhdəliyi üç dəfə azalıb Bakı. 18 aprel. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri illik müqayisədə 36,8% azalaraq bu il aprelin 1-nə 311 828,53 min manat təşkil edib.
Maliyyə
1981
18 Aprel , 2018 15:15
Bank of Bakunun AMB-yə öhdəliyi üç dəfə azalıb

Bakı. 18 aprel. REPORT.AZ/ “Bank of Baku” ASC-nin cəmi aktivləri illik müqayisədə 36,8% azalaraq bu il aprelin 1-nə 311 828,53 min manat təşkil edib.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə overdarftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin xalis məbləği illik müqayisədə 13,9% azalaraq 177 829,19 min manata düşüb.

2018-ci il aprelin 1-nə bankın cəmi öhdəlikləri illik 36,1% azalaraq 275 656,97 min manat , o cümlədən depozit portfeli 34,1% azalaraq 178 259,45 min manat olub. Azərbaycan Mərkəzi Bankından (AMB) alınmış kreditlərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalaraq 2018-ci il aprelin 1-nə 20 mln. manata enib. Cari il aprelin 1-nə bankın nizamnamə kapitalı 52 870 min manat, cəmi kapitalı 36 171,55 min manat təşkil edib. Bu müddətdə nizamnamə kapitalı sabit qalıb, cəmi kapitalında isə 1,7 dəfə azalma qeydə alınıb.

Yanvar-mart ayları ərzində bank 234 min manat xalis mənfəət əldə edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə bank 11 643 min manat zərərlə işləyib.

Son xəbərlər

Orphus sistemi