"Bank of Baku"nun aktivləri 22% azalıb
- 28 oktyabr, 2016
- 05:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 oktyabr. REPORT.AZ/ "Bank of Baku" ASC-nin cəmi aktivləri bu il, oktyabrın 1-nə 549,542 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22% azdır.
"Bank of Baku"nun aktivlərinin 52,3%-ni və yaxud 287,633 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu 1 il əvvələ nisbətən 41,6% azdır.
Son 1 ildə Bankın depozit portfeli 24,5% azalaraq 293,861 mln. manata düşüb.
"Bank of Baku"nun Azərbaycan Mərkəzi Bankı qarşısıda öhdəlikləri 60 mln. manat olaraq qalmaqdadır. Xatırladaq ki, ötən il, oktyabrın 1-nə bu rəqəm 40 mln. manat olub.
Sentyabrın sonuna "Bank of Baku"nun nizamnamə kapitalı 52,87 mln. manat, məcmu kapitalı isə 60,117 mln. manat təşkil edib.
Bank bu ilin ilk 9 ayını 37,659 mln. manat zərərlə başa vurub.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb. Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.