“Bank of Baku” maliyyə vəziyyətini açıqlayıb
- 16 yanvar, 2025
- 07:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bank of Baku” ASC 2024-cü ili 25,931 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 1,9 % çoxdur.
Ötən il “Bank of Baku”nun gəlirləri 171,394 milyon manat (illik müqayisədə 20,9 % çox), xərcləri 140,203 milyon manat (22,3 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 3,627 milyon manat (57 % və yaxud 2,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 8,888 milyon manat (11,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Bank of Baku”nun aktivləri 934,273 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % çoxdur. Bunun 705,251 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,6 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 6,4 % artaraq 778,579 milyon manata, o cümlədən depozit portfeli 14,9 % artaraq 592,515 milyon manata, balans kapitalı isə 12 % artaraq 155,694 milyon manata çatıb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.