​"Bank of Baku" əmanət üzrə faizləri dəyişib

​"Bank of Baku" əmanət üzrə faizləri dəyişib Maksimal məbləğə məhdudiyyət qoyulmur, ilkin minimal məbləğ isə 500 manat olmalıdır
Maliyyə
2 Dekabr , 2015 18:47
​Bank of Baku əmanət üzrə faizləri dəyişib

Bakı. 2 dekabr. REPORT.AZ/ "Bank of Baku" ASC “Manat” depozitinin faiz şərtlərində dəyişiklik edib. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, “Manat” depozit məhsulu üzrə əmanət yerləşdirən müştərilər indi 1 aya illik 12% olmaqla gəlir əldə edə bilərlər. Bununla yanaşı, əmanətçilər 3 ay müddətinə 13%, 6 aya isə illik 14% faiz olmaqla bankın istənilən şöbə və filialında əmanət hesabı açdıra bilərlər.

Maksimal məbləğdə heç bir məhdudiyyət qoyulmayan “Manat” əmanəti üçün tələb olunan ilkin minimal məbləğ 500 manat təşkil edir.

Qeyd edək ki, 2007-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan "Bank of Baku"da illik 12%-dək və 30 min manata qədər yerləşdirilən əmanətlərin sığortalanması tam təmin olunur.

Son xəbərlər

Orphus sistemi