"Bank of Baku" ASC bu ilin I yarısını 5,4 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 83,3% azdır.
Yanvar-iyun aylarında "Bank of Baku"nun gəlirləri 32,2 milyon manat (illik müqayisədə 31,2% çox), xərcləri 24,8 milyon manat (20,3% çox), xüsusi ehtiyatlara ayırmaları 103 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 1,9 milyon manat (77,2% az) təşkil edib.
Bu il iyulun 1-nə "Bank of Baku"nun aktivləri 379,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 30,2% çoxdur. Bunun 228,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32,6% böyüyüb.
Hesabat dövründə "Bank of Baku"nun öhdəlikləri 41,1% artaraq 309,7 milyon manata, o cümlədən depozit portfeli 41,2% artaraq 173,5 milyon manata çatıb, balans kapitalı isə 3% azalaraq 69,6 milyon manata düşüb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.