"Bank of Baku” bu ilin əvvəlindən 3 mln. manatdan çox mənfəət əldə edib
- 22 oktyabr, 2018
- 05:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı.22 oktyabr. REPORT.AZ/ “Bank ofBaku” ASC-nin cəmi aktivləri illik müqayisədə 30,5% azalaraq bu il oktybarın1-nə 301 607 min manat təşkil edib.
“Report” bu barədə bankın maliyyəhesabatına istinadən xəbər verir.
Bu müddətdə overdarftlar dadaxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin xalis məbləğiillik müqayisədə 1,8% azalaraq 193 199 min manat olub.
2018-ci il oktyabrın1-nəbankın cəmi öhdəlikləri illik 33,3% azalaraq 262 073 min manat, o cümlədəndepozit portfeli 42,3% azalaraq 157 013 min manat olub. Azərbaycan MərkəziBankından (AMB) alınmış kreditlər isə ötən ilin eyni dövrü ilə müqayisədə eynisəviyyədə qalaaraq 2018-ci il oktyabrın 1-nə 20 mln. manat təşkil edib.
Cari il iyoktybarın 1-nəbankın nizamnamə kapitalı 52 870 min manat, cəmi kapitalı 39 535 min manattəşkil edib.
Yanvar-sentyabr aylarıərzində bank 3 128 min manat xalis mənfəət əldə edib. Bu ilin ilk doqquz ayıərzində bankın faiz gəlirləri 31 035 min manat, faiz xərcləri 11 022 minmanat, qeyri-faiz gəlirləri 2 504 min manat, qeyri-faiz xərcləri 46 137min manat təşkil edib.
Qeyd edək ki, ötən ilinmüvafiq dövründə isə bank 31 890 min manat zərərlə işləyib.