“Bank of Baku” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Bank of Baku” bu ilin 9 ayını mənfəətlə başa vurub “Bank of Baku” ASC bu ilin yanvar-sentyabr aylarını 8,612 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
636
23 Oktyabr , 2020 17:30
“Bank of Baku” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Bank of Baku” ASC bu ilin yanvar-sentyabr aylarını 8,612 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 73,3% və yaxud 3,8 dəfə azdır.

9 ay ərzində “Bank of Baku”nun gəlirləri 47,682 milyon manat (illik müqayisədə 25,4% çox), xərcləri 36,572 milyon manat (16,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət 426 min manat (98,8% az), mənfəət vergisi ödəmələri isə 2,923 milyon manat (65,4% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Bank of Baku”nun aktivləri 394,196 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,2% çoxdur. Bunun 244,968 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,2% böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 41,8% artaraq 321,293 milyon manata, o cümlədən depozit portfeli 11,3% artaraq 180,795 milyon manata, balans kapitalı isə 1,8% artaraq 72,903 milyon manata çatıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi