“Bank of Baku” 20% ilkin ödənişlə ipoteka kreditləri təklif edir

“Bank of Baku” 20% ilkin ödənişlə ipoteka kreditləri təklif edir Bank dövlət xətti ilə ipoteka kreditləşməsi üzrə şərtləri daha da yüngülləşdirib
Maliyyə
25 Avqust , 2017 17:16
“Bank of Baku” 20% ilkin ödənişlə ipoteka kreditləri təklif edir

Bakı. 25 avqust. REPORT.AZ/ “Bank of Baku” ASC dövlət xətti ilə ipoteka kreditləşməsi üzrə şərtləri daha da yüngülləşdirib.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, ev almaq arzusunda olanlar 100 min manata qədər ipoteka kreditini cəmi 20% ilkin ödənişlə götürə bilərlər. “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ayrılan kreditlərin maksimal müddəti 25 il, illik faiz dərəcəsi 8%-dir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardır:

- Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

- Nikah (və yaxud nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

- Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

- İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla “Bank of Baku”ya müraciət edə bilərlər. Daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və yaxud Banka yaxınlaşmaqla əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi