“Bank of Azerbaijan”da sığorta hadisəsi baş verib

“Bank of Azerbaijan”da sığorta hadisəsi baş verib “Bank of Azerbaijan”nın əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilib
Maliyyə
23 Yanvar , 2016 15:40
“Bank of Azerbaijan”da sığorta hadisəsi baş verib

Bakı. 23 yanvar. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 22 yanvar 2016-cı il tarixli məktuba istinad edərək bildirir ki, “Bank of Azerbaijan” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.

"Report"un Fonda istinadən verdiyi xəbərə görə, bununla da “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Bank of Azerbaijan” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilir.

Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırararq bildirir ki, 22 yanvar 2016-cı il tarixi “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Məlumat üçün bildiririk ki, “Bank of Azerbaijan” ASC-də 30 (otuz) min manata qədər qorunan əmanəti olan qorunan əmanətçilərin əmanətlərinin 100 faiz həcmində kompensasiya ödəniləcəyinə Fond təminat verir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi