"Bank of America": Azərbaycan istiqraz bazarını inkişaf etdirilməlidir

"Bank of America": Azərbaycan istiqraz bazarını inkişaf etdirilməlidir Son iki ildə ölkədə aparılan fiskal dəyişikliklər artıq müsbət effekt verib
Maliyyə
15 Mart , 2017 17:35
Bank of America: Azərbaycan istiqraz bazarını inkişaf etdirilməlidir

Bakı. 15 mart. REPORT.AZ/ "Azərbaycanın istiqraz bazarı daha da inkişaf etdirilməlidir. Bu, manatın möhkəmlənməsi və maliyyə sabitliyinin təmin olunmasında əsas amil ola bilər". 

"Report" xəbər verir ki, bu açıqlama ilə "Bank of America"nın Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Osakovskiy çıxış edib. 

Baş iqtisadçının hazırladığı hesabatda həmçinin qeyd olunub ki, son iki ildə həyata keçirilən fiskal dəyişikliklərdən sonra Azərbaycan valyuta ehtiyatlarını artırmağa başlayıb. Buna əsas səbəb neftin qiymətinin 50 dollar/barel səviyyəsini üstələməsi olub. Nəticədə, "BofA" hesab edir ki, iqtisadiyyata büdcə konsolidasiyasının mənfi təsirləri qısa müddətdə aradan qaldırılacaq və daha münbit şərait yaranacaq. Büdcə kəsirinin azalması isə öz növbəsində borclanmanı aşağı salacaq. Bu sahədə Azərbaycan hökuməti yerli istiqraz bazarını inkişaf etdirməyə başlayıb. Hazırda bu bazarın həcmi 300 mln. manata yaxınlaşıb.

Son xəbərlər

Orphus sistemi