“Bank Melli İran-Baku” problemli kreditlərini 41% azaldıb

“Bank Melli İran-Baku” problemli kreditlərini 41% azaldıb Bakı. 18 oktyabr. REPORT.AZ/
Maliyyə
18 Oktyabr , 2017 17:48
“Bank Melli İran-Baku” problemli kreditlərini 41% azaldıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Bank Melli İran”ın Bakı filialının vaxtı keçmiş kreditləri bu il oktyabrın 1-nə 1,342 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,6% azdır.

Son 1 ildə “Bank Melli İran-Baku”nun problemli kreditlərinin ümumi kredit portfelindəki payı isə 6,8% artaraq 29,2%-ə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi