“Bank BTB” qanvermə aksiyası təşkil edib

“Bank BTB” qanvermə aksiyası təşkil edib Bakı. 18 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar təsdiq olunan tədbirlər planı çərçivəsində respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə “Bank BTB”də qanvermə aksiyası təşkil olunub.
Maliyyə
1491
18 Yanvar , 2019 13:00
“Bank BTB” qanvermə aksiyası təşkil edib

Bakı. 18 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar təsdiq olunan tədbirlər planı çərçivəsində respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə “Bank BTB”də qanvermə aksiyası təşkil olunub.

“Sən də bir həyat xilas et!” şüarı ilə keçirilən qanvermə aksiyası Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının işçi heyətinin iştirakı ilə baş tutub. Aksiyada bankın əməkdaşları iştirak edərək talassemiyadan əziyyət çəkən insanlar üçün könüllü donorluq ediblər. Xatırladaq ki, bankda bu tədbir artıq ənənəyə çevrilib.

Qeyd edək ki, tədarük olunan qan komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi