"Bank BTB” ötən ili zərərlə başa vurub
- 15 yanvar, 2024
- 12:55
"Bank BTB” ASC 2023-cü ili 2,779 milyon manat zərərlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 44,1 % azdır.
Ötən il "Bank BTB”nın əməliyyat gəlirləri 34,616 milyon manat (əvvəlki illə müqayisədə 8,1 % çox), əməliyyat xərcləri 31,794 milyon manat (1,9 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,177 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), gözlənilməz xərcləri isə 7,778 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə "Bank BTB”nin aktivləri 369,155 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,3 % azdır. Bunun 268,61 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,9 % böyüyüb.
Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 0,7 % azalaraq 321,791 milyon manata, o cümlədən depozit portfeli 4 % azalaraq 152,905 milyon manata, balans kapitalı isə 5,4 % azalaraq 47,363 milyon manata düşüb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.