"Bank BTB" ötən ili mənfəətlə başa vurub

"Bank BTB" ötən ili mənfəətlə başa vurub Bakı. 26 yanvar. REPORT.AZ/ “Bank BTB” ASC-nin cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 268,77 mln. manat təşkil edib. 
Maliyyə
26 Yanvar , 2018 12:41
Bank BTB ötən ili mənfəətlə başa vurub

Bakı. 26 yanvar. REPORT.AZ/ “Bank BTB” ASC-nin cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 268,77 mln. manat təşkil edib. 

"Report" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci il yanvarın 1-i ilə müqayisədə 11,3% çoxdur. 

Ötən il "Bank BTB"nin müştərilərə verdiyi kreditlərin məbləği 7,4% artaraq 154,688 mln. manata çatıb. 

Hesabat dövründə bankın cəmi öhdəlikləri 5,9% artaraq 214 799 min manat təşkil edib. Bunun 90,32 milyon manatı depozit, o cümlədən 33,415 mln. manatı müştərilərin tələbli depozitləri, 56,905 mln. manatı isə müştərilərin müddətli depozitləridir.  

Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbi isə bu ilin əvvəlinə 26,19 mln. manat olub ki, bu illik müqayisədə 15% azdır. 

2018-ci il yanvarın 1-nə "Bank BTB"nin xüsusi kapitalı 52,381 mln. manat, cəmi kapitalı isə 53,971 mln. manat təşkil edib.

"Bank BTB" 2017-ci ildə 687 min manat xalis mənfəət əldə edib. Bu müddətdə bankın faiz gəlirləri 13,837 mln. manat, qeyri-faiz gəlirləri 2,25 mln. manat, faiz xərcləri 9,503 mln. manat, qeyri-faiz xərcləri isə 11,934 mln. manat təşkil edib. Son nəticədə maliyyə qurumunun əməliyyat zərəri 5,35 mln. manat olub, amma aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayrılmıç vəsaitdən 6,03 mln. manat götürülməklə mənfəətə çıxmaq mümkün olub. 

Son xəbərlər

Orphus sistemi